Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fevral ayı üzrə istehlak qiymətləri indeksi açıqlanıb

Dövlət Statistika Komitəsinin məlumatına görə, fevralda istehlak qiymətləri indeksi yanvar ayı ilə müqayisədə 100,7 faiz, bu ilin yanvar-fevral aylarında isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 102,8 faiz olub.

Qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan və bazis inflyasiyası kimi qəbul edilmiş istehlak qiymətlərinin bazis indeksi fevralda yanvar ayına görə 100,4 faiz, yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 102,2 faiz təşkil edib.

Fevral ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi yanvarla müqayisədə 100,1 faiz, yanvar-fevral aylarında isə ötən ilin eyni dövrünə görə 101,4 faiz olub.

V. BAYRAMOV,

“Xalq qəzeti”

1 2020 09:40 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə