Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 418   Bakı şəhəri, 26 sentyabr 2018-ci il
“Əməliyyat-axtarış prosesində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin növlərinin Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli 139-6 nömrəli qərarının məxfiliyinin açılması barədə 
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:
“Əməliyyat-axtarış prosesində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin növlərinin Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli 139-6 nömrəli qərarının məxfiliyi açılsın.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri

 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Ən son xəbərləri səhifəmizdən də izləyin