Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İtaliyada sutka ərzində koronavirusdan 837 nəfər ölüb

İtaliyada ötən sutka ərzində yeni növ koronavirusdan (COVİD-19) 837 nəfər dünyasını dəyişib, ölənlərin ümumi sayı 12 428 nəfərə çatıb.

"TASS"-ın verdiyi məlumata görə, bu barədə ölkənin Mülki Müdafiə Departamentindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ötən sutka ərzində 1109 nəfər sağalıb, sağalanların ümumi sayı 15 729 nəfərdir.

 

Bildirilir ki, hazırda koronavirusa yoluxanların sayı 77 653 nəfər təşkil edir, epidemiya başlayan zamandan isə 105 792 yoluxma halı qeydə alınıb (ölənlər və sağalanlar da daxil olmaqla).

31 2020 21:48 -

Köhnə versiyamızdan xəbərləri izlə