Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə prezidenti milli həmrəylik kampaniyası başlatdı:"Biz bizə yetərik Türkiyəm"

Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Hüseyin Altınalan müxbirimizə bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğan "Biz bizə yetərik Türkiyəm" şüarıyla milli həmrəylik kampaniyası başladıb.

            Prezident Ərdoğan və nazirlərin də maaşlarını hədiyyə edərək qatıldığı kampaniyada hesab nömrələri bəlli olub. Kampaniyaya xüsusi şirkətlərlə yanaşı, dövlət və özəl sektorlarda çalışan yüksək səviyyəli idarəçilər və məşhur şəxslər də qatılıb.

Milli Həmrəylik Kampaniyasında yardım köçürülə biləcək hesab nömrələri:

- T.C. Ziraat Bank AS Ankara Public Corporate Branch-1745 - İBAN: TR 65 0001 0017 4503 2156 2050 21

- T.C. Ziraat İştirak Bankı AS Ankara Korporativ Şöbəsi - İBAN: TR 22 0020 9000 0014 3597 0000 45

- Türkiyə Vəqflər Bankı TAO Kolej şöbəsi - IBAN: TR 55 0001 5001 5800 7310 2018 04

- Türkiyə Vəqf Qeydiyyat Bankı AŞ Ankara Korporativ şöbəsi - IBAN: TR 45 0021 0000 0003 4994 7000 01

- Türkiyə Xalq Bankı AŞ Nazirliklər şöbəsi - IBAN: TR 34 0001 2009 4080 0005 0002 30

Prezident Rəcəb Tayyib Ərdoğan 7 aylıq maaşını kampaniyaya bağışlayacağını açıqlayıb. O, nazirlərin bəzilərinin üç aylıq maaşlarını bağışlamaq qərarına gəldiklərini də ifadə edərək, "Ümumilikdə kabinetimizi təmsil edən nazirlərimiz və dostlarımız 5 milyon 200 min lirə yardım etdi" deyib.

Qeyd edək ki, Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondu Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmışdır. Fondun məqsədi Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir. Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat ayrılmışdır. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, daha sonrasa  Birinci vitse-prezidenti Mehriban Əliyeva bir illik əməkhaqqını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər.

“Xalq qəzeti”

31 2020 21:07 -

Köhnə versiyamızdan xəbərləri izlə