Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ukrayna Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən qondarma “seçkiləri” qətiyyətlə pisləyib

Ukrayna Xarici İşlər Nazirliyi martın 31-də Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən qondarma “seçkiləri” qətiyyətlə pisləyib.

Bu barədə AZƏRTAC-a Ukrayna XİN-dən məlumat verilib.

Ukrayna XİN-in bəyanatında qeyd olunur ki, bu qondarma “seçkilər”in nəticələri beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu üçün onun heç bir hüquqi əsası yoxdur.

Ukrayna Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edir və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

31 2020 21:01 -

Köhnə versiyamızdan xəbərləri izlə