Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Koronavirusla bağlı şayələrə görə cəzalar

Rusiya Dövlət Duması bir neçə qanuna düzəlişlər qəbul edib. Qanunda karantin və sosial izolyasiya rejiminin pozulmasına görə cəzalar sərtləşdirilir.

 

Qanuna düzəlişlər barədə təklif dövlət Dumasının sədri Vyaçeslav Volodin və dövlət quruculuğu və qanunvericilik komitəsinin sədri Pavel Krasheninnikov tərəfindən irəli sürülmüşdür.

 

Xatırladaq ki, Rusiyada bundan əvvəl də insanlara sərt məhdudiyyətlər tətbiq edilmişdir. Bazar ertəsindən başlayaraq yalnız ciddi ehtiyac olarsa, məsələn, işləmək və ya yaxınlıqdakı ərzaq mağazasına çıxmaq olar.

 

İndi isə insanları koronavirusla bağlı dedi-qodulara görə 700 min rubl cərimədən 7 ilə qədər həbsə qədər ağır cəzalar gözləyir.

 

P.ƏMİRCANOV,

“Xalq qəzeti”

31 2020 21:00 -

Köhnə versiyamızdan xəbərləri izlə