Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Həmsədrlər Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər”lə bağlı bəyanat yayıblar

ATƏT-in Minsk qrupu həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şofer (ABŞ) martın 31-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma seçkilərlə bağlı bəyanat yayıblar.

Qurumun rəsmi saytında bildirilir ki, həmsədrlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli kontekstində onların 9 mart tarixli bəyanatında əksini tapmış prinsip və elementlərə uyğun olaraq, regionun gələcəyinin həllinə bölgə əhalisinin rolunu tanıdıqlarını bəyan ediblər.

Həmçinin vurğulayıblar ki, Dağlıq Qarabağ heç bir həmsədr ölkə və ya başqa bir ölkə tərəfindən müstəqil və suveren dövlət kimi tanınmır.

“Həmsədrlər bu “seçkilərin” nəticələrini Dağlıq Qarabağın hüquqi statusuna təsir kimi qəbul etmirlər. Nəticələrin heç bir halda Dağlıq Qarabağın son statusuna və ya davam edən danışıqların nəticəsinə, münaqişənin davamlı və dinc yolla həllinə təsir göstərməyəcəyini bəyan edirlər”, - deyə bəyanatda bildirilir.

31 2020 20:49 -

Köhnə versiyamızdan xəbərləri izlə