Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 420   Bakı şəhəri, 26 sentyabr 2018-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması Qaydası”nın və “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 20 avqust tarixli 153 nömrəli qərarında və “Cıdır-şans (totalizator) oyunlarının təşkili və keçirilməsi Qaydaları”nın təsdiq edilməsi və “Atçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 23 aprel tarixli 93 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” 2011-ci il 12 avqust tarixli 134 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında
“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1163-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 iyul tarixli 304 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR: 
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 20 avqust tarixli 153 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 8, maddə 762; 2012, № 5, maddə 494; 2013, № 6, maddə 752; 2016, № 6, maddə 1187, № 8, maddə 1449, № 9, maddə 1564; 2017, № 3, maddə 483) ilə təsdiq edilmiş “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 5.1.10-cu yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 5.1.11-ci yarımbənd əlavə edilsin:
“5.1.11. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələş-dirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl etmək.”;
1.2. aşağıdakı məzmunda 13.3-2-ci bənd əlavə edilsin:
“13.3-2. Operator “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl etməlidir.”.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 avqust tarixli 134 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 8, maddə 780; 2014, № 7, maddə 948; 2016, № 6, maddə 1188, № 8, maddə 1449) ilə təsdiq edilmiş “Cıdır-şans (totalizator) oyunlarının təşkili və keçirilməsi Qaydaları”na aşağıdakı məzmunda 6.3-2-ci bənd əlavə edilsin:
“6.3-2. Operator “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl etməlidir.”.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri

 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Ən son xəbərləri səhifəmizdən də izləyin