Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İsmayıllıda onlayn dərslər təşkil olunub

Koronavirus (COVID-19) təhlükəsi ilə əlaqədar ümumtəhsil müəssisələrində dərslər dayandırıldıqdan sonra İsmayıllı məktəblərində də tədris onlayn davam etdirilir və müəllimlər şagirdlərin dərslərdən geri qalmamaları üçün əllərindən gələni əsirgəmirlər.

Rayonun əksər yaşayış məntəqələrində sürətli internetin olması müəllim və şagirdlərə evdə qalmaqla təhsilin davam etdirilməsinə imkan verir. Hazırda rayonda fəaliyyət göstərən müəllimlər “Evdə qal, dərsdən qalma” şüarı altında birləşərək görüntülü dərslər təşkil edir, eyni vaxtda, tədris proqramına uyğun dərslər keçirlər. Görüntülü dərslərdə şagirdlərə tapşırıqlar verilir, onlar mövzular üzrə istiqamətləndirilirlər.

Qeyd edək ki, “Evdə qal, dərsdən qalma” aksiyasına iri yaşayış məntəqələri ilə yanaşı, ucqar dağ kəndlərinin məktəbləri də qoşulub. Müəllimlər “Zoom” proqram ilə siniflər üzrə bütün şagirdləri eyni vaxtda dərslərə cəlb edirlər.

İlqar HƏSƏNOV,

“Xalq qəzeti”nin bölgə müxbiri 

31 2020 19:18 -

Köhnə versiyamızdan xəbərləri izlə