Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Basqallı iş adamı 67 ailəyə yardım edib

İsmayıllı rayonunun Basqal qəsəbəsindən olan iş adamı koronavirus (COVID-19) epidemiyasının tüğyan etdiyi, insanların, xüsusən yaşlıların ev şəraitində, ətraf aləmdən təcrid vəziyyətdə yaşadıqları bir vaxtda yüksək xeyirxahlıq nümayiş etdirib.

Adının çəkilməsini istəməyən iş adamı rayon icra hakimiyyəti başçısının Basqal İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Novruz Əsədovla birgə 67 ailəyə ərzaq və maddi yardım göstərib.

Sakinlər iş adamına xeyriyyəçilik əməlinə görə razılıqlarını bildiriblər.

Qeyd edək ki, İsmayıllı Rayon İcra Hakimiyyətində yaradılan koronavirusla mübarizə üzrə qərargah bu cür xeyriyyəçilik təşəbbüsünü dəstəkləməklə, geniş yayılması istiqamətində də lazımi iş aparır.

İlqar HƏSƏNOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

31 2020 19:16 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə