Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Virusun simtomları dəyişir, yenilənir

Koronavirus simptomlarının hələ epidemiya başlayandan dəyişməsi barədə müxtəlif ölkələrin həkimləri rəylər verirlər. Alimlər qeyd edir ki, çox mürəkkəb mutasiyaya uğramış koronavirus yayıldıqca, sanki davranışını da dəyişir və daha çox gizli simptomlara keçir ki, insan bunu gec aşkarlasın.

    Medicina.az artıq Çin, ABŞ, Avropada xəstələri müalicə edən həkimlərin verdiyi rəylərə əsasən təsdiqlənmiş 12 əsas simptomu təqdim edir. Hazırda gənc insanlar arasında koronavirusun ilk simptomlarından biri, qəribə də olsa, burunun tutulub, qoxu bilmənin və dad bilmənin itməsidir. Yəni insan qoxuları hiss etmir, dad reseptorları işləmir. Hər kəs aşağıdakı əlamətlərə diqqət etməlidir: 

1. Qoxu və dadbilmə hissiyatının azalması və ya tam itməsi;

2. Burunun selikli qişasının ya quruması, ya da zökəmi, yəni su axması, qıcıqlanması;

3. Böğazın quruması, qıcıqlanması;

 4. Öskürək –əvvəlcə yuxarı tənəffüs yollarından qıcıqlanma ilə başlayıb bronxlara doğru enən;

5. Ağciyərlərdə sıxılma, döş qəfəsində basqı, ağırlıq;

6. Bədəndə süstlük, qripdəki kimi döyülmüş kimi hiss, əzələlərin ağrıması;

7. Halsızlıq, kefsizlik, iştahsızlıq;

 8. Qarında, mədə hissədə ağrı, sancı, diareya, ishal;

9. Ürəkbulanma, qusma;

10. Titrətmə, üşütmə;

 11. Quru öskürək, ciyərlərdə küy;

12. Qızdırma, 38-dən yuxarı və dərmanla enməyən;

13. Baş ağrısı;

 14. Gözlərin qıcıqlanması, yanması;

15. Boğulma, nəfəs ala bilməmək, halsızlıq.

     Bu əlamətlər birdən-birə yox, yoluxmadan təxminən 5-7 gün sonra tədricən başlayır. Yaşından və immunitetindən asılı olaraq gənc və yaşlılarda dəyişə bilər. Ya əlamətlər yüngül və tədricən olur, ya da qəfildən ağırlaşır. Uşaqlarda da koronavirus bu əlamətlərlə keçir.

   Əgər əlamətlərdən 3--5-ni eyni vaxtda hiss edib, xüsusən 1, 2,3,4-cü bənddəkilər başlayıbsa, o zaman özünüzü evdə bir otağa təcrid edərək, 103-ə “koronavirusdan şübhələnirəm” -- deyə çağırış etməli, ailə üzvlərindən uzaq durub, hər 15 dəqiqədən bir isti su qəbul edilməlidir. Sakitləşdirici də içə bilərsiniz. Həkim gələnə kimi qızdırmanı salmayın, çünki bu əlamətləri gizlədə bilər.

 

Hazırladı:  

Z. Bəşirqızı, ”Xalq qəzeti”

31 2020 16:41 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə