Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İki ayda xidmət subyektləri tərəfindən 1413,9 milyon manatlıq ödənişli xidmət göstərilib

Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir ki,  2020-ci ilin yanvar-fevral aylarnda ölkə müəssisələri tərəfindən göstərilən 371,7 milyon manatlıq xidmətlərin 71,6 faizi əhali sektoruna aid olub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin yanvar-fevral aylarında göstərilən informasiya və rabitə xidmətlərinin həcmi 21,1 faiz artıb, bu sahədə əldə edilən gəlirin 78,9 faizi qeyri-dövlət sektorunun payına düşüb. 

Bu dövrdə pərakəndə ticarət şəbəkəsindən əhaliyə 5858,7 milyon manatlıq məhsul satılıb, xidmət subyektləri tərəfindən 1413,9 milyon manatlıq ödənişli xidmət göstərilib. 

2019-cu ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 3,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 5,0 faiz artıb, ticarət şəbəkəsində 2994,7 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2864,0 milyon manatlıq qeyri-ərzaq məhsulları satılıb.  

V. BAYRAMOV,

“Xalq qəzeti”

31 2020 16:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə