Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qubada xüsusi karantin rejiminin tələblərinə əməl olunmasına nəzarət gücləndirilib

Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisində koronavirus pandemiyası ilə əlaqədar həyata keçirilən xüsusi karantin rejimi qaydalarına riayət edilməsi istiqamətində bütün zəruri təxirəsalınmaz tədbirlər görülür.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, polis əməkdaşları rayonun bütün küçə və prospektlərində, eləcə də parklarda vətəndaşlar ilə mütəmadi olaraq maarifləndirici söhbətlər apararaq onlara evdə qalmalarını tövsiyə edirlər. Həmçinin yaşı 65-dən yuxarı olan şəxslər müəyyən edildikdə onlara Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri çatdırılır, evdə qalmaları barədə xəbərdarlıq edilir.

Bundan əlavə RPŞ-nin Dövlət Yol Polis Bölməsinin əməkdaşları rayon ərazisində nəqliyyat vasitələrini idarə edən sürücülərlə də profilaktiki söhbətlər apararaq, xüsusi karantin rejiminə əməl etmələrini və lüzumsuz yerə nəqliyyat vasitəsi idarə etməyərək “evdə qal” kampaniyasına qoşulmalarının zəruriliyini bildirirlər.

M.HACIXANLI,

“Xalq qəzeti”

31 2020 15:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə