Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gədəbəy:rayon icra hakimiyyətinin başçısı mobil qrupların fəaliyyətini yerində yoxlayıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev rayon ərazisində koronavirus infeksiyanın yayılmasının qarşısının alınması, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət məqsədilə ilə yaradılmış mobil qurupların fəaliyyəti ilə yerində tanış olub.

 Rayonda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması  məqsədilə qabaqlayıcı tədbirlər davam etdirilir. Bu istiqamətdə görüləcək tədbirlərin ən mühüm hissəsi vətəndaşların sosial izolyasiya qaydalarına əməl etməsi və ünsiyyətin minimuma endirilməsidir.

İnfeksiyanın yayılmasının qarşısının qısa müddətdə alınması, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət məqsədilə Gədəbəy Rayon İcra Hakimiyyətinin aparatı, İƏD nümayəndəliklərinin və bələdiyyələrin əməkdaşlarından ibarət ümumilikdə 55 qrup yaradılmışdır ki, onlardan da 10 mobil qrup şəhər ərazisində, 45 qrup isə kənd yerlərində fəaliyyət göstərir.

Mobil qruplar sakinlərlə görüşərək Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən göstəriş və tövsiyələr barədə onları məlumatlandırır və müvafiq izahatlar verirlər.

İbrahim Mustafayev mobil qrupların daha çevik, operativ işləməsini tövsiyə etmiş və tapşırmışdır ki, adamlarla aparılan izahat-təbliğat, maarifləndirmə söhbətlərində tutarlı faktlardan və rəqəmlərdən istifadə etsinlər, dövlətimizin, şəxsən cənab Prezidentimiz İlham Əliyevin bu sahədə gördüyü qabaqlayıcı tədbirlər haqqında əhaliyə geniş məlumat versinlər.

              Hamlet Qasımov, «Xalq qəzeti»nin bölgə müxbiri 

31 2020 12:03 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə