Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hüseyin Altınalan: 1918-ci ilin martında azərbaycanlılara qarşı şüurlu şəkildə törədilən etnik soyqırımına görə erməni qatilləri lənətləyirik

Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Hüseyin Altınalan bildirib ki, 1918-ci ilin martında erməni silahlı dəstələri tərəfindən həyata keçirilmiş etnik soyqırımı tarixin ən qanlı səhifələrindən biridir.

Müşavir xatırladıb ki, bu soyqırımı nəticəsində minlərlə azərbaycanlı, o cümlədən qoca, qadın və uşaqlar vəhşicəsinə qətlə yetirilib, ölkənin müxtəlif bölgələrində yüzlərlə kənd yer üzündən silinib: “Bu qırğınlar təkcə Bakıda qeydə alınmayıb, Şamaxı, Quba, Qarabağ, Naxçıvam kimi bir çox şəhər və bölgəni əhatə edir. Mart ayında başlayan bu soyqırımı Osmanlı dövlətinin hərb naziri Ənvər paşanın təlimatı ilə qurulan Qafqaz İslam Ordusunun Azərbaycana gələrək ölkəni erməni dəstələrindən xilas etməsi ilə başa çatıb”.

H.Altınalan bildirib ki, bu müddət ərzində Qafqaz İslam Ordusu çox sayda şəhid verib: “20 Yanvar qırğını və Xocalı ilə 31 mart soyqırımları göstərir ki, bir ölkənin müstəqilliyi asan qazanılmır, bunun üçün minlərlə qurban verilir. Müstəqilliyin çox qiymətli olduğunu heç kim unutmamalıdır və bu həqiqət gələcək nəsillərə çatdırılmalıdır. Bundan başqa, Azərbaycan torpaqlarının 20 faizinin hələ də erməni işğalı altında olmasını bütün dünyaya çatdırmalıyıq. Bunları nəzərə alaraq, azərbaycanlılara qarşı şüurlu şəkildə törədilən etnik soyqırımında həlak olanlara başsağlığı veririk, erməni qatilləri lənətləyirik. Ölkələrimizin müstəqilliyi üçün canını verən insanlarımızı dərin hörmətlə anırıq”.

31 2020 11:32 -

Köhnə versiyamızdan xəbərləri izlə