Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gəncə:icra hakimiyyətinin başçısı maarifləndirmə tədbirləri ilə bağlı nümunə göstərdi...

Gəncədə koronavirus (COVID-19) pandemiyası ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir. Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov maarifləndirmə tədbirlərinə qoşulub. O, Gəncədə fəaliyyət göstərən ərzaq mağazalarına baş çəkib, buradakı mövcud vəziyyət və qitmətlərlə maraqlanıb. Şəhər rəhbəri Mərkəzi Poçtda və bir sıra apteklərdə də olub. O, yarana biləcək süni qiymət artımı və digər neqativ hallarla bağlı qanuna müvafiq qaydada tədbir görüləcəyini obyekt sahiblərinin diqqətinə çatdırıb. Niyazi Bayramov sahibkarlar, satıcı və alıcılarla maarifləndirici söhbət aparıb, kassaların, habelə bankomatların önündə növbə gözləyərkən ara məsafəsi saxlamağın zəruriliyini bir daha xatıladıb.

         Şəhər rəhbəri Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarına məhəl qoymayaraq küçəyə çıxan sakinlərlə də söhbət edib. Xüsusilə yaşı 65-dən yuxarı olan şəhər sakinlərinə növbəti dəfə xəbərdarlıq olunub. O bildirib ki, hazırki şəraitdə yalnız dövlət tərəfindən keçirilən tədbirlər deyil, vətəndaşlarımızın, bütün cəmiyyətin sosial məsuliyyətdən irəli gələn addımları, görülən işlərə dəstəyi vacibdir. Bu səbəbdən də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarları qeyd-şərtsiz icra olunmalıdır. İcra hakimiyyətinin başçısı zərurət qarşısında qalaraq evdən çıxan sakinlərə ehtiyatlı davranmağı, qoruyucu maska və əlcəklərdən istifadə etməyi tövsiyə edib.

          Niyazi Bayramov şəhər, rayon icra hakimiyyətləri və  şəhər Baş Polis İdarəsi əməkdaşlarından ibarət mobil qrupların üzvləri ilə də görüşüb. O, iş başında olan və şəhərin Cavad xan küçəsində maarifləndirmə tədbirlərini həyata keçirən mobil qrupun üzvlərinə öz təklif və tövsiyələrini verib.

                   Hamlet Qasımov, «Xalq qəzeti»nin bölgə müxbiri

31 2020 11:08 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə