Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Böyüklərimizi qoruyaq!” aksiyası Qobustanda

“Böyüklərimizi qoruyaq!” adlı sosial aksiya Bakı şəhəri və Abşeron rayonunun ardından 50 saylı Abşeron-Qobustan seçki dairə üzrə deputat Şahin Seyidzadənin təşəbbüsü və Qobustan Rayon İcra Hakimiyyətinin dəstəyi ilə artıq Qobustan rayonunda da fəaliyyətə başlayıb.

“Könüllü qərargahı” artıq rayonda öz işinə başlayıb. Qərargahın yaradılmasında əsas məqsəd Qobustan rayonu ərazisində yaşayan və yaşı 65-dən yuxarı olan tənha vətəndaşları sosial qayğı ilə əhatə etmək, onlara sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və sair işlərdə lazımi kömək göstərilməsidir. Könüllülərin və Dövlət Sosial Müdafiə Fondu Qobustan şöbəsinin Sosial xidmət sektorunun birgə dəstəyi ilə vətəndaşlara sosial xidmətlər göstərilib.

Həmçinin qeyd edək ki, artıq Qobustan rayonu üzrə icra hakimiyyətinin təşəbbüsü ilə 100-dən çox 65 yaşdan yuxarı şəxsə qida məhsulları yardımı çatdırılıb.

Məlumat üçün bildirək ki, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirlikləri və “Azərmaş” ASC-nin birgə təşəbbüsü ilə həyata keçirilən “Böyüklərimizi qoruyaq!” sosial aksiyası xüsusi karantin dövründə yaşı 65-dən yuxarı olan tənhalar üçün nəzərdə tutulub. Sosial xidmətçi və Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının tələbə-könüllüləri çağrı mərkəzinə edilən müraciətlər əsasında ünvanlara daha tez, rahat getmək və kömək göstərilməsi işlərini operativ icra etmək üçün ödənişsiz taksi xidmətindən istifadə olunur.

Səməd HÜSEYNOĞLU,

“Xalq qəzeti”nin bölgə müxbiri

31 2020 11:05 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə