Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kimya sənayesində məhsul buraxılışı artıb

Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir ki, yanvar-fevral aylarında kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 184,7 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı kimya sənayesində 19,5 faiz, əczaçılıq məhsullarının istehsalında 4,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 3,6 faiz çoxalıb.

Rezin və plastik kütlə məmulatlarından plastik boruların istehsalı 6 dəfə, məsaməli polistirol lövhələr və zolaqların istehsalı 2,1 dəfə artıb.

V. BAYRAMOV,

“Xalq qəzeti”

31 2020 11:03 -

Köhnə versiyamızdan xəbərləri izlə