Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Daşınmaz əmlakın qeydiyyat xidmətləri xüsusi rejimdə aparılır

Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkəmizdə xüsusi karantin rejiminin elan olunması ilə əlaqədar martın 29-dan etibarən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri fəaliyyətini xüsusi iş rejimində davam etdirir.

İqtisadiyyat Nazirliyindən bildirilib ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsi (alqı-satqı, bağışlama və s.) barədə notariuslardan daxil olan müraciətlər qanunvericilikdə nəzərdə tutulmuş vaxtda icra olunmaqla, daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışlar online qaydada hazırlanır və bu barədə sms vasitəsilə vətəndaşlara bildiriş göndərilir.

Vətəndaşlara “Elektron hökumət” portalı vasitəsilə (https://www.e-gov.az) elektron xidmətlərdən istifadə etmək tövsiyə edilir.

Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsində digər müraciətlər 193 və 1186 Çağrı mərkəzləri vasitəsilə qəbul edilir.

65 yaşdan yuxarı və xroniki xəstəliyi olan vətəndaşlara isə birbaşa yaşayış ünvanlarında səyyar xidmət təşkil edilir.

Qeyd edək ki, ərazi qeydiyyat ofisləri, həmçinin səyyar xidmət göstərən əməkdaşlar hərarət ölçən cihaz və müvafiq gigiyenik vasitələrlə təmin edilib.

V. BAYRAMOV,

“Xalq qəzeti”

31 2020 10:59 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə