Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gizli pnevmoniyanın əlamətləri

     İmmuniteti zəifləmiş insanlar, eləcə də ciddi xəstəliyi olan şəxslər ən adi zökəm və qripdən belə pnevmoniya (sətəlcəm) ola bilər. Pnevmoniyanın uşaq və yaşlı insanları çox yaxalaması düzgün fikir deyil. Pnevmoniya hər kəsin bəlasına çevrilə bilər. Medicina.az xəbər verir ki, pnevmoniyanın öskürəksiz keçən forması da var. Buna gizli pnevmoniya da deyilir. Bəs gizli gedən pnevmoniyanın əlamətləri nədir? Aşağıda həmin əlamətlərlə tanış olun:

   - Tənəffüsün ağır və tez-tez olması;

    - Nəfəs alıb -vermənin çətinləşməsi;

    - Bədənin əzgin olması, halsızlıq;

     - Bənizin ağarması, rəngin qaçması;

     - Döş qəfəsi və sanki qabırğaların ağrıması.

 Bu bir neçə bənd çox vacibdir. Ağrı ilə eyni vaxtda tənəffüsdə problemlər artıq pnevmoniyanın başlanmasıdır, qızdırmanı gözləməyin. Hərarəti ölçəndə termometr 37.6-nı göstərə bilər, lakin siz özünüzü 39 dərəcədəki kimi hiss edə bilərsiniz. Pnevmoniyanın özbaşına keçəcəyini və ya xalq təbabəti üsulları ilə müalicə etməyi gözləməyin. Pnevmoniya sırf tibbi və dərman müdaxiləsi tələb edir. Xüsusən yaşlı insanları dərhal həkimə çatdırmaq lazımdır.

Hazırladı:

Z. BƏŞİRQIZI, ”Xalq qəzeti”

31 2020 10:55 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə