Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qənirə Paşayeva: Həkimlər və tibb işçiləri alqışa layiqdirlər

       Milli Məclisin martın 30-da keçirilən iclasında Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva parlamentin sədrinə müraciət edərək təklif irəli sürmək istədiyini bildirib:

   “Hörmətli Sahibə xanım, mənim bir təklifim var. Onu səsləndirmək istəyirəm. “Yeni klinika”nın açılışında cənab Prezident hamımız üçün yenə gözəl bir örnək oldu, yenə nümunəvi bir addım atdı. Koronavirusla mübarizənin önündə olan həkimləri, tibb işçilərini onların fədakar əməyinə görə ayağa qalxıb alqışladı. Bugünkü müzakirədə bu mövzu da səsləndirildi. Düşünürəm ki, millət vəkilləri olaraq COVİD--19-la mübarizədə gecə-gündüz yorulmadan çalışan o fədakar insanları cənab Prezidentin addımına qoşularaq biz də alqışlayarıqsa, bu onlara çox böyük mənəvi dəstək olar, stimul olar.”

    Təklif bitər-bitməz Milli Məclisdəkilər tibb işçilərinin və həkimlərin şərəfinə alqışlar səsləndiriblər.

      Qeyd edək ki, koronavirus bəlasına ölkəmizdə ilk yoluxma aşkar edilən vaxtdan--fevralın 28-dən indiyə kimi həkim və tibb işçiləri həqiqətən peşəkarlıq və fədakarlıq nümayiş etdirirlər. Onlar öz həyatlarını riskə ataraq virusa yoluxanlarla təmasda olur, onlara yardım edir, sağalmaları üçün əllərindən gələni əsirgəmirlər. Bunu dovlət başçımız da “Yeni klinika”nın açılışında çıxış edərkən xüsusi vurğulamış, son illərdə həkimlərin peşəkarlığının böyük dərəcədə artdığını bildirmiş, onların əməyini yüksək dəyərləndirmişdi.

 

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

31 2020 10:53 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə