Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransada sutka ərzində koronavirusdan 418 nəfər ölüb

Ötən sutka ərzində Fransada yeni növ koronavirusdan (COVİD-19) 418 nəfər dünyasını dəyişib.

Bu barədə mətbuat konfransında ölkənin səhiyyə idarəsinin baş direktoru Jerom Salomon açıqlama verib.

J.Salomon bildirib: "Martın 1-dən 3024 ölüm halı qeydə alınıb, 418 nəfər ötən sutka ərzində ölüb".

 

Baş direktorun sözlərinə görə, 21 mindən artıq koronavirusa yoluxan şəxs xəstəxanaya yerləşdirilib, onlardan 5 mindən artığı reanimasiya şöbəsindədir: "Onların vəziyyəti ağırdır".

Baş direktor qeyd edib ki, epidemiya başlayan zamandan Fransada koronavirusa ümumilikdə 44 550 nəfər yoluxub.

31 2020 09:19 -

Köhnə versiyamızdan xəbərləri izlə