Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"CNN": ABŞ-da ilk dəfə koronavirusdan ölənlərin sayı bir gündə 500-ü ötüb

ABŞ-da ilk dəfə yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı bir gündə 500 nəfəri ötüb.

"TASS"-ın verdiyi məlumata görə, bu barədə federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan "CNN" telekanalı bildirib.

Telekanalın məlumatına əsasən, martın 30-u ABŞ-da koronavirusdan 502 ölüm halı qeydə alınıb, bu isə ölkədə koronavirusdan bir gündə qeydə alınan ən çox ölüm sayıdır. 

Qeyd edək ki, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti isə ölkədə ümumilikdə koronavirusa 160 mindən artıq yoluxma halının  qeydə alındığını bildirir. 

31 2020 09:14 -

Köhnə versiyamızdan xəbərləri izlə