Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çində koronavirusdan ölənlərin sayı 3305 nəfərə çatıb

Çində ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 48 yoluxma halı qeydə alınıb. Koronavirusa yoluxmaların hamısı ölkəyə xaricdən gələn vətədanşlarda aşkarlanıb.

 Çinin gigiyena və səhiyyə məsələləri üzrə Dövlət Komitəsinin məlumatında deyilir: "Martın 30-u saat 24:00 üçün Çində koronavirusa yoluxanların ümumi sayı 81 518 nəfər təşkil edir, onlardan 76 052 nəfəri sağalıb və evə buraxılıb, 3 305 nəfəri isə dünyasını dəyişib".

 

Hubey əyalətində gün ərzində koronavirusa yoluxma halı qeydə alınmayıb, bir nəfər ölüb (Uhan şəhərində), 271 nəfər  sağalıb (269-u Uhan şəhərində).

Ölkədə xaricdən gələn vətəndaşlarda qeydə alınan koronavirusa yoluxma hallarının sayı 771 nəfərə çatıb, onlardan 667-si hələ də xəstədir (18 nəfərin vəziyyəti ağırdır), 104 nəfər isə sağalıb və evə buraxılıb.

31 2020 08:58 -

Köhnə versiyamızdan xəbərləri izlə