Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İşğal olunmuş ərazilərimizdə keçirilməsi planlaşdırılan qondarma seçkilər Pakistanda pislənilib

Martın 31-də Azərbaycanın işğal olunmuş ərazilərində keçirilməsi planlaşdırılan qondarma prezident və parlament seçkiləri ilə bağlı Pakistanın İnsan Hüquqları üzrə Milli Komissiyasının (National Commission for Human Rights) sədri Əli Nəvaz Çohan bəyanat verib.

AZƏRTAC xəbər verir ki, bəyanatda Dağlıq Qarabağ bölgəsi işğal altında olduğundan burada seçkilərin keçirilməsinin qeyri-qanuni, beynəlxalq norma və prinsiplərə zidd olduğu bildirilir.

Xatırladırıq ki, bu bəyanat Pakistanın “Dispatch News Desk”, “Diplomatic News Agency” xəbər agentlikləri, həmçinin “Islamabad Post” qəzeti və digər KİV-lər tərəfindən yayımlanıb.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

31 2020 08:42 -

Köhnə versiyamızdan xəbərləri izlə