Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mehriban Əliyeva: Soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.

Birinci vitse-prezidentin paylaşımında deyilir: “Bu gün 31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür. Tarix boyu üzləşdiyi bütün faciələrə, çətinliklərə və haqsızlıqlara baxmayaraq, xalqımız deportasiya, etnik təmizləmə və kütləvi qırğınların sarsıntılarını yaddaşında yaşadaraq müstəqillik əzmini qoruyub saxlamış, möhkəm iradə, yenilməz birlik və həmrəylik nümayiş etdirmiş, dövlətimizin qüdrətinin daha da möhkəmlənməsinə nail olmuşdur. Soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.

31 2020 08:37 -

Köhnə versiyamızdan xəbərləri izlə