Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Azərkosmos" Tacikistanda keçirilən tenderin qalibi olub

“Azərkosmos” Tacikistanda Dünya Bankının qrant dəstəyi ilə “Kənd Təsərrüfatı Sahibkarlığının İnkişafı” mərkəzinin elan etdiyi “Məsafədən zondlama metodları vasitəsilə məhsulun proqnozlaşdırma sisteminin yaradılması” layihəsi üzrə keçirilən tenderin qalibi olub.

"Azərkosmos"dan verilən məlumata görə, tenderin qalibi olaraq “Azərkosmos” “Azersky” peykindən əldə olunan təsvirlər əsasında Tacikistan ərazisində kənd təsərrüfatı əhəmiyyətli torpaqların monitorinqi və məhsuldarlığın proqnozlaşdırılması üzrə məsləhət xidməti göstərəcək. “Azərkosmos” sözügedən layihəni Tacikistanın su ehtiyatlarının idarə olunması üzrə fəaliyyət göstərən “OBRU” təşkilatı ilə birgə icra edəcək.

Qeyd edək ki, beynəlxalq rəqabətli tender prosesində “Azərkosmos”la yanaşı 15-ə yaxın şirkət iştirak edib.

30 2020 19:25 -

Köhnə versiyamızdan xəbərləri izlə