Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət Qaydalarının təsdiq edilməsi barədə” 2000-ci il 30 iyun tarixli 110 nömrəli, “İstismarçı sertifikatının verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin tanınması qaydaları və hava nəqliyyatının təhlükəsizliyinin təmin edilməsi məqsədilə hava əlaqələrinin müxtəlif kateqoriyaları üçün istismarçı sertifikatlarına olan tələblər”in təsdiq edilməsi haqqında”    2007-ci il 31 may tarixli 87 nömrəli və “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və qanunvericiliyə uyğun olaraq hava daşımalarına dair müqavilələrin rəsmiləşdirilməsi və sənədlərin tərtib edilməsi Qaydası”nın  təsdiq  edilməsi haqqında” 2007-ci il 11 iyun tarixli

             94 nömrəli.qərarlarında dəyişiklik edilməsi barədə

 

 

“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli və “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi haqqında əsasnamələrin təsdiq edilməsi barədə” 2018-ci il 22 may tarixli 90 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 noyabr tarixli 854 nömrəli Fərmanının icrasını təmin           etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti         qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il     30 iyun tarixli 110 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 6, maddə 475; 2002, № 11, maddə 675; 2003, № 8, maddə 460; 2005, № 10, maddə 973; 2006, № 6, maddə 584; 2007, № 10, maddə 1021; 2008, № 2, maddə 116; 2009, № 2, maddə 144, № 9, maddə 736; 2013, № 8, maddə 1023; 2015, № 5, maddə 607; 2016, № 9, maddə 1585; 2019, № 1, maddə 155) ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4.5-ci bənddə “təmin olunmasına nəzarəti” sözləri “təmin edilməsi sahəsində dövlət nəzarətini” sözləri ilə əvəz edilsin;

1.2. 4.8-ci bəndin b) yarımbəndi aşağıdakı redaksiyada verilsin:

“b) “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, mülki aviasiya istismarçılarına sertifikatların və bu sahədə fəaliyyət göstərən digər subyektlərə uyğunluq sertifikatlarının verilməsi, onları verməkdən imtina edilməsi, qüvvədəolma müddətlərinin dayandırılması və ləğv edilməsi barədə qərarlar qəbul edir.”.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il     31 may tarixli 87 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 5, maddə 557; 2019, № 1, maddə 159) ilə təsdiq edilmiş “İstismarçı sertifikatının verilməsi və digər dövlətdə verilmiş analoji sənədlərin tanınması qaydaları və hava nəqliyyatının təhlükəsizliyinin təmin edilməsi məqsədilə hava əlaqələrinin müxtəlif kateqoriyaları üçün istismarçı sertifikatlarına olan tələblər”də aşağıdakı dəyişikliklər edilsin:

2.1. 5.2-ci bəndin dördüncü abzasında “Administrasiyanın” sözü “Agentliyin” sözü ilə əvəz edilsin;

2.2. 10-cu hissə üzrə:

2.2.1. adında “MÜLKİ AVİASİYA ADMİNİSTRASİYALARI” sözləri “AİDİYYƏTİ QURUMLARI” sözləri ilə əvəz edilsin;

2.2.2. 10.1-ci bənddə “Mülki Aviasiya Administrasiyası və ya həmin Administrasiyanın müvəkkil orqanı” sözləri “aidiyyəti qurumu” sözləri ilə əvəz edilsin;

2.2.3. 10.2-ci bəndin ikinci abzasında “Administrasiyası” sözü “aidiyyəti qurumu” sözləri və üçüncü abzasında “Administrasiyanın təsdiq etdiyi” sözləri “nümunəsi Agentlik tərəfindən təsdiq edilən” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il     11 iyun tarixli 94 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 6, maddə 699; 2011, № 4, maddə 373; 2016, № 12, maddə 2221; 2017, № 9, maddə 1749; 2019, № 1, maddələr 158, 166, № 12, maddə 2105) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavi-lələrə və qanunvericiliyə uyğun olaraq hava daşımalarına dair müqavilələrin rəsmiləşdirilməsi və sənədlərin tərtib edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.3-cü bənddə “İstismarçı şəhadətnamələrinə (sertifikat-larına)” sözləri “mülki aviasiya istismarçısı sertifikatına” sözləri ilə və “sənədlərdə” sözü “sənəddə” sözü ilə əvəz edilsin;

3.2. 1.4-cü bənddə “mülki aviasiya administrasiyalarının” sözləri “aidiyyəti qurumlarının” sözləri ilə əvəz edilsin;

3.3. 3.3.2-ci yarımbəndə “yükgöndərən” sözündən sonra vergül işarəsi əlavə edilsin;

3.4. 3.3.5-ci yarımbəndin birinci abzasında “sərnişinlər, göndərən, alan və ya onların səlahiyyətləndirdiyi digər şəxslər” sözləri “yükgöndərən, yükalan və ya onların səlahiyyətləndirdiyi digər şəxslər, habelə sərnişinlər” sözləri ilə əvəz edilsin.

 

 

                           Əli Əsədov

                                 Azərbaycan Respublikasının Baş Naziri

 

 

 

Bakı şəhəri, 24 mart  2020-ci il

 

№  110

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə