Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR

Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq  qeyri-iş günlərinin müəyyən edilməsi barədə

 

     Azərbaycan Respublikası Konstitusiyasının 119-cu mad-dəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin üçüncü hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisində koronavirus xəstəliyinin (COVID-19) yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

     1. Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq beşgünlük iş həftəsində çalışanlar üçün 2020-ci il 29 mart - 3 aprel tarixləri, altıgünlük iş həftəsində çalışanlar üçün 26 - 28 mart və 30 mart - 4 aprel tarixləri qeyri-iş günləri müəyyən edilsin.

     2. Müəyyən edilsin ki, bu Qərarın 1-ci hissəsi dövlət əhəmiyyətli, həyat təminatlı obyektlərə, həmçinin banklara, supermarketlərə, ərzaq mağazalarına, əczaçılıq müəssisə-lərinə, apteklərə, yeyinti məhsulları istehsalı müəssisələrinə və bu Qərarın əlavəsində nəzərdə tutulan dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərinə və zəruri halda onların işə cəlb etdikləri işçilərə şamil edilmir.

     3. Bu Qərarın 1-ci hissəsində nəzərdə tutulan müddətlərdə müvafiq işlərə cəlb edilən işçilərlə bağlı əməkhaqqı saxlanılmaqla, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 164-cü maddəsinin 2-ci hissəsi rəhbər tutulsun.

 

 

 

 

                                          Əli Əsədov

                                          Azərbaycan Respublikasının Baş Naziri

 

 

Bakı şəhəri, 25 mart 2020-ci il

 

№  113

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə