Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 13 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin ...........Nümunəvi Forması”nda dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər  tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti  qərara alır:

  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 13 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin Nümunəvi Forması”nda aşağıdakı dəyişikliklər edilsin:

  1. 2-ci və 6-cı hissələr aşağıdakı redaksiyada verilsin:

“2. Tərəflərin hüquq və öhdəlikləri

2.1. Publik hüquqi şəxsin hüquqları aşağıdakılardır:

2.1.1. Müqavilənin icrası ilə bağlı əlavə məlumatlara ehtiyac yarandıqda, Orqana və ya Nazirliyə sorğular vermək; 

2.1.2.  Orqandan və ya Nazirlikdən Müqavilənin tələblərinə riayət edilməsini tələb etmək.

2.2. Publik hüquqi şəxsin öhdəlikləri aşağıdakılardır:

2.2.1. bu Müqavilənin 1 nömrəli əlavəsində nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək;

2.2.2. vəsaitlərin təyinatı üzrə istifadə edilməsini təmin etmək; 

2.2.3. vəsaitlərdən istifadə barədə hesabatları bu Müqavilənin 5-ci hissəsi ilə  müəyyən olunmuş qaydada tərtib və təqdim etmək;

2.2.4. bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi zamanı fors-major hallar olduqda, dərhal Nazirliyə və ya Orqana məlumat vermək.

2.3. Orqan və ya Nazirliyin hüquqları aşağıdakılardır:

2.3.1. publik hüquqi şəxsdən bu Müqavilənin tələblərinə riayət edilməsini tələb etmək;

2.3.2.publik hüquqi şəxs dövlət sifarişinin icrasını və ondan irəli gələn öhdəlikləri yerinə yetirmədikdə, bu Müqavilə əsasında vəsaitlərin ödənilməsini müvəqqəti olaraq dayandırmaq.

2.4. Orqanın və ya Nazirliyin öhdəlikləri aşağıdakılardır:

2.4.1. Müqavilənin sənədləşməsinin düzgün aparılmasına nəzarət etmək;

2.4.2. vəsaitlərin istifadəsi barədə publik hüquqi şəxsin hesabatları əsasında vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarət etmək.

6. Fors-major

6.1. Müqavilənin icrasına fors-major hallar  təsir göstərərsə, Tərəflər bu Müqavilə üzrə öhdəliklərinin icra edilməməsi üçün məsuliyyət daşımırlar.

6.2. Fors-major hallara Tərəflər tərəfindən nəzarət edilməyən, onların səhvi və ya laqeydliyi nəticəsində baş verməyən, əvvəlcədən nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir. Bunlara müharibələr və ya inqilablar, epidemiyalar, epizootiyalar, karantinlər, daşqınlar, zəlzələlər, digər təbii fəlakətlər və fövqəladə hallar, embarqolar, həmçinin Müqavilənin şərtlərinə təsir edən qanunvericilikdə edilən əhəmiyyətli dəyişikliklər, dövlət orqanlarının (qurumlarının) qərarları aid edilir.”.

2. 7.2-ci bənd ləğv edilsin.

3. 8-ci hissədə “aparılmasını” sözü “ödənilməsi” sözü ilə əvəz edilsin.

4.10-cu hissədə “Sifarişçi” sözü “Orqan və ya Nazirlik” sözləri ilə, “İcraçı” sözü isə “Publik hüquqi şəxs” sözləri ilə əvəz edilsin.

5. Nümunəvi Formaya 1 nömrəli əlavə - “___________publik hüquqi şəxs üzrə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilən tədbirlərin Dövlət Sifarişi“ aşağıdakı redaksiyada verilsin: 

­­

“___________________ publik hüquqi şəxsə 20­­­­___  il üzrə dövlət

büdcəsinin vəsaiti hesabına məqsədli vəsaitlərin ödənilməsi ilə bağlı

Dövlət Sifarişi

 

Sıra №-si

Dövlət Sifarişinin istiqaməti

Ayrılan vəsait (manatla)

Gözlənilən nəticə

 

 

 

 

 

 

 

                                                                                                                                             ”

                                   Əli Əsədov

                                          Azərbaycan Respublikasının Baş Naziri

 

 

 

Bakı şəhəri, 20 mart  2020-ci il

 

№  104

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə