Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 iyul tarixli 165 nömrəli Qərarı ilə təsdiq edilmiş “Filmlərin yayımı və nümayişi Qaydaları”nda dəyişiklik edilməsi haqqında

 

“Kinematoqrafiya haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Nəşriyyat işi haqqında”, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Telekommunikasiya haqqında” və “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 noyabr tarixli 1692-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 dekabr tarixli 1713 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 iyul tarixli 165 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 7, maddə 633; 2008, № 3, maddə 239; 2016, № 9, maddə 1562) ilə təsdiq edilmiş “Filmlərin yayımı və nümayişi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci hissədən “, tamaşaçı auditoriyasının yaş kateqoriya-larının müəyyənləşdirilməsi” sözləri çıxarılsın.

2. Aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:

“1-1. Kino və videofilmlərin yaşa görə təsnifatlaşdırılması ilə bağlı məsələlər “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq tənzimlənir.”.

3. 6.3-cü bəndə “dil” sözündən sonra “, yaş kateqoriyası” sözləri əlavə edilsin.

4. 7-ci və 8-ci hissələr ləğv edilsin.

5. 17.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“17.2. filmin ilkin reklamı zamanı onun aid olduğu yaş kateqoriyası haqqında əhalini məlumatlandırır, filmin nümayişindən əvvəl xüsusi kadrda (səhifədə) filmin yaş kateqoriyasına uyğun işarənin və yaş məhdudiyyəti barədə xəbərdarlığa dair mətnin yerləşdirilməsini təmin edirlər.”.

6. 17.3-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 17.4-cü bənd əlavə edilsin:

“17.4. filmin yaş kateqoriyasına uyğun işarənin afişaların və biletlərin beş faizindən az olmayan sahəsini tutmasını təmin etməlidirlər.”.

7. Qaydalara Əlavənin 10-cu sətrinin ikinci abzasında “bütün tamaşaçı kateqoriyaları üçün, 14 yaşdan yuxarı olan tamaşaçılar üçün, 18 yaşdan yuxarı olan” sözləri “universal”, “6-”, “6+”, “12+”, “16+”, “18+” sözləri ilə əvəz edilsin.

 

 

                                   Əli Əsədov

                                          Azərbaycan Respublikasının Baş Naziri

 

 

 

Bakı şəhəri, 24 mart  2020-ci il

 

№  109

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə