Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli   500 nömrəli Qərarı ilə təsdiq edilmişAzərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük ........rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı (Azərbaycan Respub-likasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2164; 2018, № 3, maddə 586, № 9, maddə 1904, № 10, maddə 2169, № 11, maddə 2427; 2019, № 1, maddə 148, № 2, maddə 332, № 4, maddələr 747, 748, 759, № 5, maddə 939, № 7, maddələr 1314, 1323, № 8, maddə 1473, № 12, maddələr 2047, 2055, 2061; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 yanvar tarixli 28 nömrəli, 7 fevral tarixli 34 nömrəli, 17 fevral tarixli 44 nömrəli, 27 fevral tarixli 72 nömrəli və 5 mart tarixli 84 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respub-likasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə 5603 12 100 0 və 5603 13 100 0 alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə faizlə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “15” rəqəmi “0” rəqəmi ilə əvəz edilsin.

              2. Bu Qərar 2022-ci il dekabrın 31-dək qüvvədədir.

 

 

                                   Əli Əsədov

                                          Azərbaycan Respublikasının Baş Naziri

 

 

 

Bakı şəhəri, 25 mart  2020-ci il

 

№  114

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə