Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 sentyabr tarixli 418 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kitabxanaların çap məhsullarının pulsuz məcburi nüsxələri ilə .............təchizatı Qaydası”nda dəyişiklik edilməsi barədə

 

 

“Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 12 mart tarixli 115 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 890 nömrəli               Fərmanının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 sentyabr tarixli 418 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 9, maddə 1572) ilə təsdiq edilmiş “Kitabxanaların çap məhsullarının pulsuz məcburi nüsxələri ilə təchizatı Qaydası”nın 4.1-ci bəndində “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin birinci hissəsinin birinci bəndində göstərilmiş kitabxanalara” sözləri “Azərbaycan Milli Kitabxanasına” sözləri ilə və “həmin Qanunun 15-ci maddəsinin birinci hissəsinin ikinci bəndində göstərilmiş kitabxanalara” sözləri “Azərbaycan Respublikası Prezidentinin Kitabxanasına, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına, Azərbaycan Respublikasının Dövlət Elmi-Tibbi Kitabxanasına, Respublika Elmi Kənd Təsərrüfatı Kitabxanasına, Respublika Elmi-Pedaqoji Kitabxanasına, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasına və Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasına” sözləri ilə əvəz edilsin.

 

 

                                   Əli Əsədov

                                          Azərbaycan Respublikasının Baş Naziri

 

 

 

Bakı şəhəri, 20 mart  2020-ci il

 

№  103

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə