Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qazax: icra hakimiyyətinin və sement zavodunun işçiləri imkansız adamların evlərinə baş çəkdilər...

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərə, xüsusilə ölkə rəhbərinin «Yaşlı insanlarımızı qoruyaq» çağırışına hər yerdə olduğu kimi Qazaxda da birmənalı şəkildə əməl olunur.

            Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-dən aprelin 20-dək ölkədə xüsusi karantin rejimi elan edildiyindən və bu tədbirlər çərçivəsində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğundan həmin qəbildən olan tənha yaşayan sakinlərə yardımlar edilməsi diqqət mərkəzində saxlanılır.

            Sevindirici haldır ki, Heydər Əliyev Fondunun koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı tədbirlər çərçivəsində başladığı sosial layihəyə Qazax Sement Zavodu MMC-nin kollektivi də öz töhfəsini verir. Zavodun rəhbərliyi "Evdə qal, sağlam ol!” çağırışını əldə rəhbər tutaraq rayonda yaşı 65-dən yuxarı olan tənha insanlara dəstək olub.

            Onlar rayon icra hakimiyyətinin nümayəndələri və gənc könüllülərlə birlikdə şəhərdə və kəndlərdə yaşayan tənha insanlara baş çəkiblər. Xüsusi karantin rejimi dövründə yaşı 65-dən yuxarı olan və tənha yaşayan vətəndaşlara müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar verilib. Həm də "Evdə qal, sağlam ol!” çağırışına əməl etməklə öz sağlamlıqlarını, eləcə də digər vətəndaşların sağlamlıqlarını qoruya biləcəklərini bir daha izah ediblər.

            Özündə həmrəyliyi, birliyi, dövlət qayğısını əks etdirən bu təşəbbüsü ziyarət olunan vətəndaşlar  yüksək qiymətləndiriblər.Onlar Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərə görə ölkə başçısına razılıqlarını ifadə ediblər.

            Məlumat üçün qeyd edək ki, bu sosial layihə çərçivəsində şəhər sakinləri ilə yanaşı, Çaylı, Cəfərli, Daş Salahlı, Dəmirçilər, Fərəhli, Birinci Şıxlı, İkinci Şıxlı, Aşağı Salahlı, Orta Salahlı, Yuxarı Salahlı, Qazaxbəyli, Kəmərli, Qaymaqlı, Aslanbəyli, Kosalar, Quşçu Ayrım, Məzəm, Yuxarı Əskipara, Aşağı Əskipara, Barxudarlı, Ağköynək, Qarapapaq, Alpout, Abbasbəyli kəndlərindən olan sakinlərə də sovqatlar paylanılıb. Ümumilikdə, bu sosial layihə Qazax rayonu ərazisində yaşı 65-i ötmüş tənha yaşayan 129 nəfəri əhatə edib.

                        Hamlet Qasımov, «Xalq qəzeti»nin bölgə  müxbiri

30 2020 18:15 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə