Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mehdiabad qəsəbəsinin Qara Qarayev küçəsi yenidən qurulub

Qəsəbələrarası avtomobil yolunu birləşdirərək nəqliyyat axınına müsbət təsir edən Abşeron rayonu, Mehdiabad qəsəbəsinin Qara Qarayev küçəsinin yenidən qurulması işləri yekunlaşdırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən  bildirilib ki, 2 kilometr uzunluğa malik Qara Qarayev küçəsi Mehdiabad-Fatmayı-Goradil və Binəqədi-Novxanı avtomobil yollarını birləşdirərək, həm yolboyu yaşayan vətəndaşların, həm də bu yoldan istifadə edənlərin əlavə məsafə qət etmədən rahat və təhlükəsiz gediş-gəlişini təmin edir. “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, torpaq yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, yolun qazılmış hissələrinə tələb olunan qalınlıqda yararlı qrunt tökülərək yayılıb və kipləşdirilib. Ardınca isə əks-dolğu işləri görülmüş hissələrdə yol əsasının inşası həyata keçirilib. Bunun üçün optimal qum-çınqıl qarışığından istifadə olunub. Küçənin səki hissələri də yenidən qurulub, kənarlarına 4 min poqonmetr yeni səki daşları düzülüb və hərəkət hissəsi yeni asfalt-beton örtüklə örtülüb.

Növbəti mərhələ üzrə artıq küçənin 16 min kvadratmetr sahəsinə əlaqələndirici bitum səpilməklə 2 laydan ibarət və 12 santimetr qalınlıqda asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb, küçə zəruri yol nişanları və üfüqi nişanlanma xətləri ilə təmin olunub.

Abşeron rayonunun Masazır kəndində ümumi uzunluqları 6260 metr olan 6 küçə - Qaçaq Nəbi, Hacı Zeynalabdin Tağıyev, Faiq Həsənov, Nazim Əsədov, Akim Abbasov və Şıxəli Qurbanov küçələri, Qobu qəsəbəsində 7840 metr uzunluğunda 5 küçə - Mirzə Ələkbər Sabir, Qara Qarayev, Aşur Həsənbalayev, Sona Salmanova və Çingiz Mustafayev küçələri, Ceyranbatan və Saray qəsəbələrində 5950 metr uzunluğu olan 3 küçə - Heydər Əliyev prospekti, həmçinin Mikayıl Müşfiq və Heydər Əliyev küçələri, Mehdiabad qəsəbəsində isə ümumi uzunluğu 6450 metr olan 4 küçə - Qara Qarayev, Cəfər Cabbarlı, Əhməd Cavad və Çingiz Mustafayev küçələrinin təmiri nəzərdə tutulub. Bu çərçivədə sözügedən qəsəbələr üzrə işlər sürətlə və keyfiyyətlə davam etdirilir.

Səməd HÜSEYNOĞLU,

“Xalq qəzeti”nin bölgə müxbiri

30 2020 13:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə