Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Apteklərdə tibbi maska çatışmazlığı Milli Məclisdə müzakirə edildi

Milli Məclisin bu gün keçirilən iclasında deputat Hikmət Babaoğlu apteklərdə tibbi maskaların çatışmazlığı məsələsinə toxunub.

Millət vəkili bildirib ki, Azərbaycanda tibbi maskaların istehsalı ilə bağlı işlər görülür:

“Seçicilərim mənə zəng vurular ki, apteklərdə tibbi maskalar tapılmır. Araşdırdıq və bəlli oldu ki, apteklərə gün ərzində 50-100 arası maska verilir və o da tələbatı ödəmir. Aidiyyəti qurumlara səslənirəm ki, bununla bağlı tədbirlər görülsün. Cənab Prezident İlham Əliyev bütün lazımi tədbirləri görür, xahiş edirəm aidiyyəti qurumlar da maska çatışmazlığı məsələsini diqqətdə saxlasınlar”.

30 2020 12:16 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə