Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Zərurət olmayınca, evdən çıxmayın”

Hər gün müxtəlif  həkimlərin tövsiyələrini, məsləhətlərini televiziyadan dinləyir, sosial şəbəkələrdən oxuyur, paylaşılan videolardan izləyirik. Sahib Cəfərov da bizim tez-tez müraciət etdiyimiz, tövsiyələrini dinlədiyimiz həkimlərdəndir. İnsanların virusdan qorunmaq məqsədilə verilən tapşırıqlara biganəliyi onu narahat edir. Aşağıda bununla bağlı həkimin qeydlərini diqqətinizə çatdırırıq:

    --Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri görülən tədbirlərin fərdlər tərəfindən yerinə yetirilmədiyini və bu səbəbdən prosesin –  (infeksiyanın yayılma sürətinin artması nəzərdə tutulur.--Z.B.) xoşagəlməz istiqamətdə getdiyini bəyan edir.
       Maraqlıdır, fərdlər niyə məsuliyyətini anlamır? Düşünürəm ki, bu, bir tərəfdən insanların, bu SARS COV2 infeksiyasının həyat üçün təhlükəli, ölümcül olmasını (çox ağır gedişli fibrozlaşan sətəlcəm) anlamamalarıdırsa, digər tərəfdən sosial şəbəkələr vasitəsi ilə aidiyyatı olmayan, dayaz düşüncəli insanların sevinərək paylaşdıqları dezinformasiyalardır.

    Tibbi savadı olmayan, düşünmə qabiliyyətindən məhrum olanlar anlamırlar ki, kütlə həmişə qulağa xoş gələn informasiyanı sevə-sevə mənimsəyir. Ciddi, “SOS!” siqnallarını isə qulaq ardına vurub, “panika yaratmayın”-- deyir. “Bu filankəsin filankəsə qarşı yaratdığı bioloji silahdır. Yox, elmə çoxdan bəlli olan bir virusdur, dərmanı da var, qəsdən hələ istifadə etmirlər ki, insanlar qırılsın. Nə bilim yeni iqtisadi düzən formalaşdırırlar” və s. kimi cəfəng sözlərlə əhalinin başının altına yastıq qoyanlar, bəsdir, ayılın. Avropanın inkişaf etmiş “demokratik” dövlətlərində səhiyyə sistemlərinin necə çökdüyünü görmürsünüzmü, alov içində yoluxanların, ölənlərin artmasını eşitmirsinizmi? Yoxsa, “bu tüstü hələ bizim bacadan çıxmır” düşüncəsindəsiniz?

   Gec də olsa, dövlətin bu pandemiya şəraitində qoyduğu qanunlara, karantin tədbirlərinə əməl edin, gigiyenik tövsiyyələri yaddan çıxarmayın. Unutmayın ki, bu tədbirlər bütün zamanlar üçün keçərlidir. Zərurət olmayınca, yalançı bəhanələrlə evdən çıxmayın. Özünüzü, yaxın çevrənizi, ata -analarınızı, nənə-babalarınızı qoruyun. Evinizdə oturun ki, yoluxub, yoluxdurmayasınız.

Z. BƏŞİRQIZI, “Xalq qəzeti”

30 2020 12:12 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə