Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Q.Paşayeva: Yoluxmaların sayını artırmayın, evdə qalın

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva televiziya kanallarına verdiyi müsahibələrdə dünyada pandemiya olan koronavirus, dövlətimizin bu istiqamətdə gördüyü işlər barədə danışıb və cəmiyyətin diqqətini bu amansız virusdan qorunmaq yollarına çəkib. Deputat vətəndaşlarımızı koronavirusla mübarizə istiqamətində hökümətin elan etdiyi qanun, qadağa və çağırışlara əməl etməyə çağırıb. Bildirib ki, ancaq bu şəkildə koronavirusun ölkəmizdə geniş yayılmasının qarşısını almaqda hər birimiz rol oynaya bilərik.

   O qeyd edib ki, artıq vəziyyət gərginləşib. Bu gün karantində olanların sayı 3300-dən çoxdur. Onların əksəriyyətinin xaricdən gələnlər olduğunu, amma  son məlumatlara görə hazırda virusa yoluxmaların daxildə daha çox aşkarlandığını vurğulayıb: “Xəstəxanaya müraciət edən, pnevmaniya diaqnozu qoyulan və digər simptonları olan şəxslərdə testlər nəticəsində virus oduğu və yayılma da aşkar  edilir. Bunun genişlənəcəyini nəzərə alaraq, ölkə üzrə virusla mübarizəyə 21 xəstəxana ayrılıb. Xəstəxanalardan 6-sı Bakı şəhərində 15-i regionlardadır. Artıq rayonlarda aşkarlanan xəstələr Bakıya gətirilməyəcəklər. Nazirlər Kabineti yanında operativ qərargahdan bildiriblər ki, artıq 25 məntəqədə karantin evi var.

Nazirlər Kabineti bütün rayon, şəhər icra hakimiyyətlərinin rəhbərlərinə bir nömrəli vəzifə kimi, cənab Prezidentin tapşırığını çatdırıb. Ən vacib tapşırıq bu gün ondan ibarətdir ki, karantinin şərtləri sözsüz- şərtsiz icra olunmalıdır və hamı buna riayət etməlidir. Yaşından, vəzifəsindən, heç bir imtiyaza baxmayaraq, bu tələbləri vaxtında və tam şəkildə icra olunmalıdır.

    Ona görə də ciddi səbəb olmadan evdən bayıra çıxan, gəzinti həvəsinə düşən vətəndaşlarımıza üz tuturam. Görülən bütün tədbirlər ancaq ondan ötrüdür ki, siz bu virusa yoluxmayasınız, əziz sakinlərimiz. Siz evdə qalmaqla tək  özünüzü virusdan qorumursunuz. Bütün ailənizi, yaxın ətrafınızdakıları bu amansız xəstəliyə düçar olmaqdan xilas edirsiniz. Nə qədər bayıra çox çıxsanız, o qədər də təhlükəyə doğru addım atmış olacaqsınız. Bayırda səbəbsiz gəzənlərin sayəsində virusa yoluxanların sayı sürətlə artır. Artıq xəstə sayı 160-ı ötüb. Bu 160 ailənin faciəsi deməkdir, başa düşürsünüzmü? İmkan verin, bu günlərdə həqiqətən fədakarlıq göstərən həkimlərimiz karantində, xəstəxanada olanlarla məşğul olsunlar, onların işini artırmayın. Həm özünüzün, həm də ailə üzvlərinizin sağlam qalmasına əngəl olmayın”.

 

Z. BƏŞİRQIZI, “Xalq qəzeti”

30 2020 12:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə