Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sahibə Qafarova: Milli Məclisin gələcək iclaslarını onlayn qaydada keçirməyi planlaşdırırıq

Bu gün koronavirus infeksiyası dünyanın 190-dan çox ölkəsinə yayılıb. Azərbaycan Prezidentinin və Birinci vitse-prezidentin tapşırıqları ilə bu infeksiyanın ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin martın 30-da keçirilən iclasında Sədr Sahibə Qafarova deyib.

O bildirib ki, Milli Məclis də koronovirusla mübarizə çərçivəsində xüsusi iş rejimində fəaliyyət göstərir.

“Milli Məclisin gələcək iclaslarını da onlayn qaydada keçirməyi planlaşdırırıq ”, - deyə Sədr əlavə edib.

Koronovirusun yayılmasının qarşısının alınması məqsədilə əksər iş yerlərinin, təhsil ocaqlarının fəaliyyəti dayandırılıb. Prezidentin təşəbbüsü ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Bu Fonda müxtəlif qurumlar, şəxslər tərəfindən maliyyə vəsaitləri köçürülür. Milli Məclis tərəfindən də bu Fonda 250 min manat vəsait ianə edilib.

30 2020 11:29 -

Köhnə versiyamızdan xəbərləri izlə