Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

UNİCEF: İndi verə biləcəyiniz ən yaxşı qərarlardan biri evdə qalmaqdır

İndi verə biləcəyiniz ən yaxşı qərarlardan biri evdə qalmaq və COVID-19 virusunun yayılmasının qarşısını almaq üçün sosial məsafə saxlamaqla məsuliyyət nümayiş etdirməkdir.

UNiCEF-in məlumatında bildirilir ki, uşaqlar üçün evdə qalmaq, yaşıdları ilə təmas saxlaya və oynaya bilməmək onların təşvişə düşməsinə səbəb olur. Uşaqlar internetdə və ya televizorda gördüklərini, yaxud digər şəxslərdən eşitdiklərini anlamaqda çətinlik çəkə bilər: "Buna görə də asudə vaxtın təşkili ilə bağlı planlaşdırma aparmaq onların hətta hazırkı şəraitdə belə inkişaf etməsinə kömək etmək baxımından sizin üçün faydalı olacaqdır. Gündəlik rutin yaradın və ona əməl edin. Oyun və öyrənmə fəaliyyətləri üçün ideyalar hazırlayın. Fiziki fəaliyyətləri oturaq fəaliyyətlər ilə balanslaşdırın. Ekranın qarşısında keçirilən vaxtın və kontentin adekvatlığından əmin olun. Pozitiv valideynlik yanaşmalarından istifadə edin. Unutmayın ki, uzun müddət evdə qalmaq və birgə fəaliyyətlərlə məşğul olmaq uşağınızla bağlılığınızı artırmaq imkanı verir".

30 2020 11:00 -

Köhnə versiyamızdan xəbərləri izlə