Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“S&P” manatın sabit qalacağını proqnozlaşdırır

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi dəyişkən neft qiymətləri mühitinə baxmayaraq, Azərbaycan manatının məzənnəsinin ABŞ dollarına nisbətdə sabit qalaraq 1,7 səviyyəsində olacağını gözləyir.

 

Reytinq agentliyinin verdiyi məlumata görə, bu sabitlik Azərbaycanda valyuta bazarına müntəzəm olaraq dövlət müdaxilələrinin dəstəyi ilə təmin ediləcək.

Agentliyin gözləntilərinə əsasən, neftin qiyməti uzun müddət aşağı olarsa, ölkə valyuta ehtiyatlarının 2015-ci ildəki kimi bənzər bir itkisinin qarşısını almaq üçün məzənnəni tənzimlənməyə bilər.

Qeyd edək ki, “S&P” bundan əvvəlki qiymətləndirilməsində manatın məzənnəsini dövri fiksasiya ilə çevik məzənnə rejimi kim təsvir etmişdi.

V. BAYRAMOV,

“Xalq qəzeti”

30 2020 10:01 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə