Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünya Bankı Azərbaycana ayrılmış növbəti kredit xəttini təsdiqlədi

Dünya Bankının (DB) Direktorlar Şurası tərəfindən Azərbaycanda “Məhkəmə xidmətləri və əqli infrastruktur” layihəsinə əlavə 50 milyon dollar həcmində kreditin verilməsi təsdiqlənib.

Bankın yaydığı məlumata görə, layihənin 50 milyon dolları Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı tərəfindən, qalan 20 milyon dolları isə hökumət tərəfindən ayrılacaq. Layihə məhkəmə xidmətlərinin təkmilləşdirilməsi, təsisat potensialının və səmərə dərəcəsinin yüksəldilməsi, məhkəmə infrastrukturunun genişləndirilməsi və yenilənməsi və yüksək texnologiyaların məhkəmə sisteminin daha səmərəli işləməsi üçün tətbiq edilməsindən ibarətdir.

“Məhkəmə sistemində islahatlar iqtisadi artım üçün əlverişli mühitin yaradılması və vətəndaşlara və müəssisələrə səmərəli xidmət göstərilməsinin açarıdır. Bu layihə Azərbaycanda elektron məhkəmə xidmətlərini bütün insanlar üçün əlçatan edəcək”, – deyə Dünya Bankının Azərbaycan üzrə meneceri Navid Həsən Nəqvi qeyd edib.

V. BAYRAMOV,

“Xalq qəzeti”

30 2020 09:59 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə