Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı artmışdır

Sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı artmışdır

Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin yanvar-fevral aylarında 7,7 milyard manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çox sənaye məhsulu istehsal edilmişdir.

Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 21,7 faiz artmışdır. Sənaye məhsulunun 68,4 faizi mədənçıxarma sektorunda, 26,0 faizi emal sektorunda, 5,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda neft hasilatı 3,7 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 19,1 faiz artmışdır.

V. BAYRAMOV,

“Xalq qəzeti”

30 2020 09:55 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə