Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mətbuat virusla mübarizədə dövlətin yanındadır

Bu gün Azərbaycan həkimləri, polisləri, bir sıra vacib əhəmiyyətli idarə sisteminin işçiləri kimi jurnalistlərimiz də gücləndirilmiş iş şəraitində çalışmaqdadırlar. Xüsusilə telekanallarımızın informasiya proqramının reportyorları, qəzetlərimizin elektron versiyaları, bir sıra populyar saytlarımızın əməkdaşları koronavirusla bağlı ardıcıl və inadcıl şəkildə çox vacib maarifləndirmə fəaliyyəti göstərirlər.

Mən çətin və riskli vəziyyətdə çalışan həkimlərimizə, ayıq- sayıq polisimizə, düşmənə sipər olan ordumuza canı-dildən minnətdaram. Eləcə də bu sahədə informasiya və maarifləndirməni şəraitə uyğun olaraq qat-qat gücləndirmiş, infodemiyanın qarşısını almış mətanətli, peşəkar və doğma jurnalistlərimizi də eyni sevgi ilə bağrıma basıram və bütün media qurumlarının rəhbərlərinə müraciət edirəm: ön cəbhədə olan jurnalistlərimizin əmək haqlarını mümkün qədər artırmağa nail olsunlar. Bu gün KİVDF-nin resursları yalnız və yalnız bu sahəyə yönəldilməlidir.

 

                              Cahangir Məmmədli,

 Bakı Dövlət Universitetinin “Şöhrət” ordenli  professoru

 

 

Azərbaycanın tanınmış jurnalisti.BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri.

30 2020 09:44 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə