Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İranda koronavirusun müalicəsi üçün bitki tərkibli dərman sınaqdan keçirilir

İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Əhvaz şəhərindəki Cundi Şapur Tibb Elmləri Universitetində (Ahvaz Jundishapur University of Medical Sciences) koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün bitki tərkibli dərman sınaqdan keçirilir.

Universitetin elmi heyətinin üzvü Mənsur Əmin Tasnim informasiya agentliyinə açıqlamasında bildirib ki, Əhvaz şəhərinin Razi xəstəxanasında bitkidən alınan flavonoidlə hazırlanan bu dərman indiyədək 10 xəstə üzərində sınaqdan keçirilib.

Koronavirus daşıyıcısı olan 5 xəstə bu dərmana müsbət reaksiya verib və ilkin nəticələr dərmanın COVID 19-un müalicəsində effektiv olduğunu göstərir.

 

İranlı tibb rəsmisi digər xəstələrin də bu dərmana müsbət reaksiya verəcəyinə ümid ediyini bildirib: “Nəticələr müsbət olduğu halda, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin təsdiqi ilə digər xəstələrin üzərində də dərmanı sınaqdan keçirmək olar”.

Qeyd edək ki, nazirlik bu günədək (29 mart) 38 309 nəfərin yeni koronavirusa yoluxduğunu, 2 640 nəfərin öldüyünü və 12 391 nəfərin sağaldığını təsdiqləyib.

29 2020 23:05 -

Köhnə versiyamızdan xəbərləri izlə