Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

FHN Bakının müxtəlif ərazilərində dezinfeksiya işləri aparır

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi (FHN) aidiyyəti üzrə lazımi tədbirləri davam etdirir.

Nazirlikdən  verilən məlumata görə, dünəndən etibarən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq bölmələri tərəfindən Bakı şəhərinin müxtəlif ərazilərində dezinfeksiya tədbirlərinə başlanılıb.

Ayrı-ayrı məkanlarda həyata keçirilən tədbirlər çərçivəsində ərazilər xüsusi məhlulla dezinfeksiya edilir.

29 2020 22:59 -

Köhnə versiyamızdan xəbərləri izlə