Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ramin Bayramlı: Azərbaycanda bu gün epidemioloji vəziyyət nəzarətdə saxlanılır

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, biz artıq indidən müxtəlif planlar hazırlayırıq ki, müəssisələrimizin resursları koronavirusa yoluxanların müalicəsi üçün yetərli olsun.

Azərbaycanın digər Cənubi Qafqaz ölkələri ilə müqayisədə xariclə daha çox iqtisadi əlaqəsinin  olduğunu deyən R.Bayramlı buna görə də ölkəmizdəki riksin dəfələrlə yüksək olduğunu söyləyib. Buna baxmayaraq, Azərbaycanda bu gün epidemioloji vəziyyət nəzarətdə saxlanılır: "Həyata keçirilən məqsədyönlü karantin tədbirləri nəticəsində epidemioloji vəziyyətə nəzarət edilir. Əgər vaxtında bu tədbirlər görülməsəydi, səfərbər olmasaydıq, bu gün vəziyyətə nəzarət edə bilməzdik, durum daha kritik ola bilərdi. Amma bu gün xəstələr ölkə daxilində aşkarlanırsa, bu, bizim üçün çox ciddi həyəcan siqnalıdır. Biz artıq indidən müxtəlif planlar hazırlayırıq ki, heç bir problemlə rastlaşmayaq, müalicə müəssisələrimizn resursları buna yetsin".

29 2020 15:46 -

Köhnə versiyamızdan xəbərləri izlə