Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Məclisdə ilk dəfə videokonfrans keçirilib

Ölkəmizdə koronovirus infeksiyasının yayılmasına qarşı görülən sistemli tədbirlərin tərkib hissəsi kimi Milli Məclis Sədrinin təşəbbüsü ilə parlamentdə də bu sahədə məqsədyönlü işlər aparılır.

Parlamentin mətbuat xidmətindən bildiriblər ki, Milli Məclisdə idarəetmə artıq stasionar, mobil və internet rabitələri vasitəsilə həyata keçirilir. Parlament rəhbərliyi ilə komitə və komissiyaların rəhbərləri, parlamentdə təmsil olunan siyasi partiyaların liderləri, habelə parlament aparatının və işlər idarəsinin məsul vəzifəli şəxsləri arasında informasıya mübadiləsi internet üzərindən uğurla həyata keçirilir.

Martın 29-da Milli Məclisin rəhbərliyi ilə komitə sədrlərinin internet üzərindən ilk dəfə olaraq videokonfransı keçirilib. Videokonfransda martın 30-da keçiriləcək plenar iclasın gündəliyi və cari məsələlər müzakirə olunub, geniş fikir mübadiləsi aparılıb.

29 2020 14:49 -

Köhnə versiyamızdan xəbərləri izlə