Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İranın 13 vilayətində koronavirusun yayılması azalıb

İranın təxminən 32 milyon əhalisinin yaşadığı 13 vilayətində koronavirusun yayılması azalıb.

İranın səhiyyə, müalicə və tibbi təhsil nazirinin müavini İrəc Hərirçi məlumat verib ki, 13 vilayətdə yoluxma halı gündəlik 100 nəfər idisə, hazırda bu 60 nəfərə qədər azalıb.

Nazir müavini deyib ki, təxminən 12 milyon əhalisi olan kiçik şəhərlərin hər birində 5 yoluxma halı qeydə alınıb.

 

Hərirçi əlavə edib ki, 32 milyonun 20 milyonu isə kəndlərdə yaşayır. Şəhərlərlə əlaqəsi çox olan kəndlər istisna olmaqla əksər kəndlərdə koronavirusa yoluxma halı çox azdır.

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi bu günədək (29 mart) 38 309 nəfərin yeni koronavirusa yoluxduğunu, 2 640 nəfərin öldüyünü və 12 391 nəfərin sağaldığını təsdiqləyib.

29 2020 14:32 -

Köhnə versiyamızdan xəbərləri izlə