Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda bina və həyətlərdə dezinfeksiya işləri pulsuzdur

Bəzi şəxslər özlərini Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları kimi təqdim edərək paytaxtda pullu dezinfeksiya işləri təklif edirlər.

 Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH)  verilən məlumatda qeyd edilir ki, son günlərdə paytaxt rayonlarında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə aparılan dezinfeksiya işləri zamanı bəzi şəxslərın özlərini icra hakimiyyəti strukturlarının işçiləri kimi təqdim etməyə çalışaraq pullu xidmətlər göstərməyə cəhd etmələri barədə məlumatlar daxil olur:

"Bildiririk ki, dövlət balansında olan binalarda, binaların bloklarında, liftlərdə, həyətlərdə və ümumi istifadə yerlərinində dezinfeksiya işləri dövlət vəsaiti hesabına aparılır və bunun üçün heç bir vəsait tələb edilə bilməz.

 

Bakı Şəhər İcra Hakimiyyəti belə hallar mövcud olduğu təqdirdə, hüquq-mühafizə orqanlarına və ya aşağıda qeyd edilən qaynar xəttə müraciət edilməsini xahiş edir.

Qaynar xətt: (012) 492-63-11".

29 2020 14:25 -

Köhnə versiyamızdan xəbərləri izlə